AZ

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı 50-yə yaxınlaşıb

Çində

Bakı, 2 may, AZƏRTAC

Çinin cənubunda avtomobil magistralının bir hissəsinin çökməsi nəticəsində azı 48 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, ÇXR sədri Si Cinpin hadisə yerində xilasetmə işlərinin aparılmasını, yaralılara hər cür yardım göstərilməsini, həmçinin yolun dağılan hissəsinin tez bir zamanda təmir edilməsini tapşırıb.

Qeyd edək ki, mayın 1-i səhər saatlarında Meycou-Dabu avtomagistralında torpaq sürüşməsi baş verib. Nəticədə 23 avtomobil yolda əmələ gələn yarğana düşüb. Yerli hakimiyyət orqanları hadisəyə aramsız yağan güclü leysanın səbəb olduğunu ehtimal edir. Belə ki, son vaxtlar həmin rayona 56 santimetrdən çox yağıntı düşüb, bölgədəki bir sıra kəndlər su altında qalıb.

Eyni zamanda Quandun əyalətinin bəzi rayonları son iki həftə ərzində güclü yağış və daşqınlarla üzləşib. Əyalətin paytaxtı Quançjou şəhərində qasırğa beş nəfərin həyatına son qoyub.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
Mənbələr
Şərh ()
Bağla