AZ

AzMİU-nun Təbliğat-təşviqat qrupu region məktəbliləri ilə görüşdədir - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat qrupunun Bakı və regionlarda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri ilə faydalı görüşləri davam edir.

"Unikal" xəbər verir ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinə tabe olan Ağsu, İsmayıllı, Şamaxı, Qobustan məktəblərinə səfər edən universitet əməkdaşları yuxarı sinif şagirdləri ilə ünsiyyətdə olub, AzMİU-nun tanıtımını həyata keçiriblər. 

Yuxarı sinif şagirdləri ilə gerçəkləşən görüşlərdə universitetin Təbliğat-təşviqat qrupunun üzvləri İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev, Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə, kafedranın əməkdaşı Cəmalə Cəbrayılova, Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə iştirak edib. 

Görüş çərçivəsində akademik və inzibati heyət üzvləri AzMİU-da tələbələrə yaradılan şəraitdən danışıb, memarlıq və mühəndislik yönümlü ixtisasların üstünlükləri, perspektivləri, karyera məsələlərinə aydınlıq gətiriblər. AzMİU-ya qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda ikili diplom proqramları və müraciət qaydaları, ixtisasları üzrə ölkə daxili və xarici təcrübə şansları, qəbul qrupları, keçid balları, ixtisaslar, fakültələr, təhsil haqqı məsələləri, universitetdə tədris olunan dillərdən söhbət açıblar. Universitet şəhərciyi və burada tələbələrin asudə vaxtının dəyərləndirilməsi məqsədi ilə yaradılan unikal şəraitdən danışıblar. Görüş zamanı danışılan məsələlərlə bağlı abituriyentlərin sualları cavablandırılıb, ixtisas seçimində çətinlik çəkənlərə universitet nümayəndələrimiz tərəfindən dəyərli məsləhətlər verilib.

Görüşlərdə AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, yekunda zalda əyləşən şagirdlərə universitet haqqında məlumatların əks olunduğu bukletlər paylanılıb.

Qeyd edək ki, AzMİU-nun Bakı və bölgələrdə tanıtımının aparılmasına universitetin akademik, inzibati, ictimai təşkilatlardan nümayəndələr daxil olmaqla bir qrup şəxs cəlb edilib. Beləliklə universitet əməkdaşları bu görüşlərdə ezam olunduqları məktəblərdə abituriyentləri məlumatlandırmaq, ixtisas seçiminə dəstək göstərmək, AzMİU-nun ixtisaslarına marağı artırmaq, öz gələcək tələbələrini onlar arasından seçməyi hədəfləyir.
 

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla