AZ

"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW

 
"Ən qızğın döyüşlər Baxmut və Avdeyevka istiqamətlərində gedib..."
 
Ehtimal ki, rusiyalılar Toretsk istiqamətində irəliləyəcək
 
Rusiyalı işğalçılar cəbhədə fasilə verərək Totetsk istiqamətində hücuma keçməyə cəhd göstərmək üçün ehtiyat qüvvə toplayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, aprelin 30-da Avdeyeka rayonunda Rusiya qoşunları bir neçə gün ərzində ilk dəfə olaraq heç bir hücum əməliyyatı keçirməyib. Baxmut-Çasov Yar istiqamətində Rusiya qoşunları Avdeyevka yaxınlığında olduğundan daha çox hücum həyata keçirib.
 
ISW qeyd edir ki, Rusiya qoşunları Avdeyevka ətrafında hücum templərini bir qədər aşağı salıb, eyni zamanda Çasov Yar ətrafında hücum əməliyyatlarını bərpa edib.
 
Aprelin 20-də Rusiya qoşunları taktiki uğurunu artıraraq Oçeretino (Avdeyevkadan şimal-qərbə doğru) və Novokalinovo (Avdeyevkadan şimala doğru) yaxınlığında cəmləşib, lakin aprelin 30-da bu təsdiq edilmiş irəliləmə deyəsən ləngiyib.
 
Ehtimal ki, işğalçılar Rusiyanın Çasov Yar yaxınlığında hücum əməliyyatlarını tamamlamaq üçün Avdeyevkadan şimala Totetsk istiqamətdə hücum etməyə qərar verib. Bunun üçün Rusiyaya qüvvələrini hücuma cəmləşdirmək məqsədilə fasilə lazımdır.
 
Analitiklər qeyd edir ki, Çasov Yar mühüm obyektdir, çünki Rusiya qoşunlarının Donetskin dörd iri şəhəri üçün qala rolunu oynayan Drujkovka və Konstantinovkaya hücum əməliyyatlarına büşlamaq üçün platsdarm olacaq. Lakin Rusiya qoşunlarına ehtimal ki, mövcud bölmələrin gücləndirilməsi və əgər şimala Toretsk rayonuna doğru irəliləməyə qərar verərsə, Oçeretino rayonuna əlavə qüvvələri dislokasiya etmək üçün daha uzunmüddətli fasilə lazım olacaq.
 
Ukraynada müharibə - ön cəbhədəki vəziyyət
 
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, sutka ərzində aprelin 30-da rusiyalı işğalçılar cəbhənin demək olar ki, bütün istiqamətlərində hücuma keçib. Ən qızğın döyüşlər Baxmut və Avdeyevka istiqamətlərində baş verib. Ukrayna müdafiəçiləri müvafiq olaraq 24və və 23  hücumu dəf edib.
 
Eyni zamanda Novopavlovo istiqamətində düşmən 10 dəfə Ukrayna qoşunlarının müdafiəsini yarmağa cəhd edib. Daha 16 hücum Liman istiqamətində dəf edilib.
 
"Polad sərhəd" sərhəd dəstəsi mətbuat xidmətinin rəisi İvan Şevtsov bəyan edib ki, rusiyalılar mayın 9-da bir neçə istiqamətlərdə hücuma başlayacaq. Onun sözlərinə görə, Müdafiə Qüvvələri, o cümlədən sərhədçilər buna hazırdır.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla