AZ

"Forum Azərbaycanın nüfuzunu artırır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Bildiyimiz kimi, Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Bəs, bu forumun ölkəmiz üçün hansı əhəmiyyəti var? Forum Azərbaycana nə verəcək? Mövzu ilə bağlı deputat Rasim Musabəyovun fikirlərini öyrəndik.

Onun sözlərinə görə, forumun Azərbaycanda keçirilməsi Azərbaycanı dünya siyasətində, dünyada müzakirə olunan problemlərin bir iştirakçısına çevirir: “Bu forum Azərbaycanın nüfuzunu artırır”.

Rasim Musabəyov sözlərinə belə davam edib: “Cənab Prezident İlham Əliyev də orada çox dərin çıxış etdi. Azərbaycanın dünya gündəliyində olan və regional məsələlərə mövqeyini səsləndirdi.

Bizim imkanımız var ki, bütün bu dialoqlarda iştirak edərək Azərbaycanın mövqelərini irəli aparaq. Bu Azərbaycana hüdudlarından xeyli kənara çıxan nüfuzunu təmin etmək üçün vacibdir.

Təbii, qonaqlar gəlirlər, Azərbaycanın inkişafı ilə də tanış olurlar və Azərbaycanın imici də dünyada yüksəlir. Hər halda kənardan bu görünür və nəzərə almaq lazımdır ki, bu 6-cı forumdur. Demək olar ki, bir ənənəyə çevrilib. Bu forumun keçirilməsini gözləyirlər. Baxmayaraq ki koronavirus zamanı 5 illik fasilə baş vermişdi. Ancaq onun davamı gəldi və düşünürəm ki, Azərbaycan bu tədbirləri keçirməklə, ev sahibliyi etməklə daha da öz nüfuzunu artırır”.

Ayşən Vəli

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla