AZ

Mərkəzi Bankın uçot dərəcəsini azaltması infilyasiyaya təsir edəcəkmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Mərkəzi Bank ötən gün uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlayıb. Qərar sabahdan qüvvəyə minəcək.

Bəs, bu qərar ölkənin bank-maliyyə bazarına necə təsir edəcək?

Suala iqtisadçı ekspert Eldəniz Əmirov aydınlıq gətirib.  News365.az  –a açıqlamasında o bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini azaltması (7.5%-dən 7.25%-ə) infilyasiya göstəricilərinə ciddi təsir etməyəcəkdir:

“Çünki, Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən infilyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi baş verir. Azərbaycan bu kanalların infilyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar infilyasiyaya təsir etmir.

Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə infilyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz AMB-nın bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır”.

İlhamə Qiyas, News365.az  

 


Seçilən
57
Mənbələr
Şərh ()
Bağla