AZ

Əmlakın risklərdən və yanğından könüllü sığortasına maraq - 22% AZALIB

Azərbaycanda cari ilin ilk 3 ayı üzrə əmlakın risklərdən və yanğından könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 16 milyon 622 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 706 min manat və ya 22% azalıb.

Ötən ilin yanvar-mart aylarında bu göstərici 21 milyon 328 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 749 min manat təşkil edib ki, bu da illik müqayisədə 474 min manat və ya 2,7 dəfə çoxdur.

Ötən ilin eyni dövründə 275 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
6
fed.az

10Mənbələr