AZ

“Forumun Bakıda keçirilməsi dünyada gedən proseslərin çağırışları ilə bağlıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Mədəniyyətlərarası dialoqun Bakıda ənənəvi olaraq keçirilməsi əlbəttə bir baxımdan dünyada gedən proseslərin, kürəsəlləşmənin, qloballaşdırmanın çağırışları ilə bağlıdır. Bu gün çalışılır ki, hər nə qədər güllə səsləri eşidilsə də, müharibələr baş versə də, yenə də dünyada insanların birgə yaşayışının, humanist diplomatiyanın ən yaxşı yolu sülh, danışıq və mədəniyyətdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, mədəni əlaqələr bir sıra siyasi, bioloji problemlərin, qarşıdurmaların aradan qaldırılması üçün çox əhəmiyyətlidir: “Ona görə də ümumiyyətlə mədəni əlaqələrin və diplomatiyanın bu cür mədəni forumlar şəklində təzahürü hər halda bütün dünyada getdikcə yayılan və qəbul olunan əsas üsula çevrilməkdədir. Bu forumların ardıcıl şəkildə müxtəlif formatlarda Bakıda keçirilməsi təsadüfi deyil. Bu gün Azərbaycan həqiqətən bir vaxtlar Prezident İlham Əliyevin dəqiq ifadəsi ilə desək, bir sülh adasıdır. Artıq neçə illərdir ki, Azərbaycan sülhü qoruyur və daima əmin-amanlığı təmin edir. Amma eyni zamanda Azərbaycan bunu sadəcə olaraq daim güzəştə getməklə təmin etmir. Azərbaycan həm də qürurlu və öz hüquqlarını bütün dünyada qoruyan bir ölkədir”.

Deputat bildirib ki, Azərbaycan sonadək sülhə sadiqdir: “Amma qeyd edək ki, qeyri-humanist, antibəşəri qüvvələr Azərbaycana nəyisə diqtə etmək istəyərək, özünün hansısa mürtəce planlarını həyata keçirmək istəyir. O zaman Azərbaycan öz hüquqlarını qorumaq qüvvəsindədir. Bununla yanaşı yenə də Azərbaycanın əsas məqsədi və məramı hər hansısa problemi məhz dialoq yolu ilə mədəni, səviyyəli şəkildə həll etməkdir. Ona görə də Azərbaycanın dünyada baş verən mürəkkəb hadisələri müzakirə edən bütün dünyanın müzakirə etdiyi bir coğrafiyaya çevrilməsi tamamilə təbiidir. Bu, dialoq forumları ilə bitmir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər yalnız mədəniyyətlərarası dialoq şəklində yox, həm də başqa tədbirlərdə intensiv şəkildə keçirilir. İdman yarışları, elmi konfranslar və s. bütün bunlar Azərbaycanda siyasətin, sürətli dəyişikliyin və beynəlxalq miqyasda dəyəri olan inkişafın təzahürüdür”.

Ləman Sərraf

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla