AZ

Xaməneyinin ofisinə on minlərlə dollar köçürənlər saxlanılıblar

Texas ştatının sakinləri olan 2 nəfər 40 yaşlı kişi on minlərlə dolların qanunsuz olaraq ABŞ-dan İranaköçürdüklərini təyin edilmiş mühakimə tarixindən əvvəl etiraf ediblər.

Onlar 2018 və 19-cu illərdə həmin məbləğləri xüms və Yəmən xalqına ayrdım adı ilə toplayıb göndərirmişlər. 

ABŞ Ədliyyə Departamentinin mayın 1-də məlumatına əsasən Məzməl Zeydi və Asim Nəqəvi hakim qarşısında qəsdçilik etdikləri və Fövqəladə Beynəlxalq Vəziyyətdə İqtisadi Səlahiyyətlər Qanunu (The International Emergency Economic Powers Act-IEEPA) pozduqlarına etiraf ediblər.

Məhkəmə sənədlərinə istinadən müttəhimlər güya Yəməndə daxili müharibədən didərginlərə yardım məqsədi ilə ABŞ-da xüms və maliyyə yardımları toplayıblar. 

Müttəhimlər məbləğləri İrana və Əli Xaməneyinin ofisinə çatdırılmaq üçün şərait yaradıblar.

Belə ki, dostları, ailə üzvləri və sairədən 10 min dollardan az olmaqla nağd məbləğləri ölkədən kənara çıxarılmasına köməklik etmələrini istəyiblər. 

Məqsəd isə qanun icraçılarının gözündən yayınmaq olub. Misal olaraq bir dəfə İraqa ziyarətə gedən 25 nəfrlik  bir qrup ziyarətçilərdən istifadə ediblər. 

Həmin ziyarətçilər isə məbləğləri Xaməneyini ofisinə çatmaq mqəsədi ilə İraqadan qayıdan iranlı ziyarətçilərə çatdırıblar.

Departamentin mayın 1-də bəyanatına istinadən Zeydi və Nəqəvinin hərəkətləri qanuna və sanksiyalara zidd olduğundan 2020-ci ilin avqust ayının 18-də saxlanılıblar. 

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla