AZ

Jan Mark Rodrige: BMT məcburi assimilyasiya terminindən istifadə etsə də, biz buna etnosid deyirik

Jan

Vyana, 2 may, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Vyanada keçirilən konfrans üzləşdiyimiz müstəmləkəçilik problemindən danışmağa və planetimizin ən böyük müstəmləkəçisi olan Fransanın əsarətindən qurtulmaq istəyimizə həsr edilib.

Bu fikirləri Bakı Təşəbbüs Qrupunun BMT-nin Vyana ofisində təşkil etdiyi “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın iştirakçısı, Poccio di Venaco şəhərinin meri, Nazione müstəqillik hərəkatının və BTQ-nin Korsikadan olan üzvü Jan Mark Rodrige AZƏRTAC-a müsahibəsində deyib.

Bu məsələnin müxtəlif mövzuları əhatə edən səkkiz konfransda müzakirə olunduğunu vurğulayan Jan Mark Rodrige bildirib ki, Vyanadakı tədbir məhz assimilyasiya mövzusuna həsr edilib. Assimilyasiya termini çox mübahisəlidir. Onun istifadə olunmasına müstəmləkəçilik geniş yayıldığı vaxtda başlanılıb və müstəmləkəçiliyin tam bir alətidir. BMT bu vəziyyət üçün “məcburi assimilyasiya” terminindən istifadə etsə də, biz buna etnosid deyirik. Çünki müstəmləkə altına alınmış ərazilərdə kənar insanların məskunlaşdırılması yerli əhalinin assimilyasiyasına, onların mədəniyyətinin yoxa çıxmasına, xüsusilə də dillərinin unudulmasına aparır. Fransa bütün ərazilərdə yalnız fransız dilinin istifadə olunmasına məcbur edib və bunu etməkdə davam edir. Regional və ya Azlıqların Dilləri haqqında Avropa Xartiyasını imzalamış Fransa indi onun ratifikasiyasını rədd edir.

“Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi bu konfranslardan gözləntimiz bütün intellektual və mənəvi gücümüzü birləşdirərək müstəmləkəçiliyə qarşı mübarizə aparmaq, tam dekolonizasiyaya nail olmaqdır. Biz bu mübarizəni kanak, martinikli, polineziyalı, qvadelupalı qardaşlarımızın timsalında görürük. Biz bu mübarizədə - tam dekolonizasiyada uğur qazanmaqda qətiyyətliyik”, - deyə Jan Mark Rodrige vurğulayıb.

 

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla