AZ

İsveçrədə Ukrayna sülh konfransı keçiriləcək

İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da Ukrayna üzrə sülh konfransı keçiriləcək.

Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.

“İsveçrə dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini iyunun 15-16-da Bürgenstok şəhərində Ukrayna üzrə ilk sülh konfransına dəvət edib”, - deyə departamentin bəyanatında bildirilir. Bu siyahıya təxminən 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa İttifaqı, həmçinin digər beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Avropa Şurasının nümayəndələri daxildir.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla