AZ

Rusiya ordusu bir gündə iki HIMARS MLRS sustemini məhv etdi

Rusiya Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının operativ-taktiki aviasiya, raket qüvvələri və artilleriyası 24 saat ərzində Amerika istehsalı olan iki HIMARS MLRS döyüş maşınını məhv edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin raket və sursat istehsalı sexi və raket və artilleriya silahlarının anbarı da məhv edilib, 117 rayonda düşmənin canlı qüvvəsi və texnikası darmadağın edilib.

Bununla yanaşı, müdafiə idarəsinin dərc etdiyi hesabatda Rusiya hərbçilərinin Berdıçi kəndini tamamilə ələ keçirdiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla