AZ

Sülh müqaviləsinin imzalanmasını gecikdirən ƏSAS AMİL: “Bu şərtləri qəbul etmək mümkün deyil”

“Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə əsaslanan sülh müqaviləsinə elə əlavələr ediblər ki, onları qəbul etmək mümkün deyil”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında aparılan delimitasiya və demarkasiya işlərində İrəvanın mövqeyinin sülh müqaviləsinə təsirindən danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməsəydi, nəinki yaxın perspektivdə, hətta bir-iki il öncə də sülh müqaviləsi imzalana bilərdi.

“İlk olaraq sülh müqaviləsinin imzalanmasını gecikdirən əsas amil Ermənistanın irəli sürdüyü qəbul olunmaz şərtlərlə bağlıdır. Əlavə olaraq, danışıqlarda yalnız Qərb platformalarını üstün saydı. Nəhayət, uzun götür-qoydan sonra Qazaxıstanda görüşməyə razılıq verdilər. Ancaq Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə əsaslanan sülh müqaviləsinə elə əlavələr ediblər ki, onları qəbul etmək mümkün deyil”, – deyə politoloq bildirib.

Həmçinin qeyd edib ki, Ermənistan ərazilərin qarşılıqlı tanınmasının rəqəmlərlə göstərilməsini istəyir:

“SSRİ dövründə hətta inzibati sərhədlər belə bəzi yerlərdə müəyyənləşməyib. Bu səbəbdən, təbii olaraq, dəqiq rəqəm göstərmək yanlış addımdır. Yalnız delimitasiya və demarkasiya prosesi yekunlaşdıqdan sonra dəqiq rəqəmlər göstərmək olar.

Eyni zamanda, Ermənistan kommunikasiyaların açılması məsələsində bərabərlik və qarşılıqlılıq prinsipini əsas götürür. Lakin anlamırlar ki, Azərbaycanın əsas hissəsi olan Naxçıvana çəkilən yol ilə, Ermənistandan Çinə qədər uzanan yolun statusu eyni ola bilməz. Bunu başa düşmək üçün xüsusi bir ağıla ehtiyac yoxdur”.

Nəsimi Ələsgərli

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla