AZ

İsveçrə Ukraynaya yardım üçün büdcə ayırdı

2024-cü ildə İsveçrə Ukraynaya humanitar yardım üçün 150 milyon frank (164 milyon dollardan çox) büdcə ayırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Federal Xarici İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.

“2024-cü ildə humanitar yardım və Ukraynanın və regionun inkişafı üçün əməkdaşlığa 150 milyon İsveçrə frankı ayrılacaq”, - deyə məlumatda bildirilir.

"Bundan əlavə, 2025-2028-ci illər üçün beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində İsveçrə Federal Şurası bu müddət ərzində Ukraynaya 1,5 milyard frank (1,64 milyard dollar) dəyərində əlavə yardım göstərməyi planlaşdırır. Beləliklə, İsveçrə Ukraynanın dəstəklənməsinə və bərpasına öz mühüm töhfəsini vermək  niyyətindədir", - XİN qeyd edib.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
7
Mənbələr
Şərh ()
Bağla