AZ

“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”

Cahangir Məmmədli: “Bu televiziya Qərbi Azərbaycan həqiqətlərinin dünyada təbliğinə böyük töhfə verəcək”

 

“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”.

 

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Ekspert qeyd edib ki, Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi həqiqətlərimizin beynəlxalq arenada daha geniş təbliğinə imkan yaradacaq:

 

“ Qərbi Azərbaycan Televiziyasının yaradılması olduqca sevindiricidir. Bu, bizə Qərbi Azərbaycan həqiqətlərini daha geniş müstəvidə təbliğ etməyə imkan yaradacaq, dünya ictimaiyyətinin daha dolğun və obyektiv məlumatlanmasını təmin edəcək.

 

Doğrudur, biz ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri dünya xalqlarının diqqətinə çatdırmağa başlamışıq. Bu istiqamətdə mühüm addımlar atmaqdayıq. Lakin Qərbi Azərbaycanın özü ilə bağlı media qurumunun yaradılması vacib idi.

 

İnanıram ki, Qərbi Azərbaycan televiziyası hər kəsin xüsusi diqqət mərkəzində olacaq. Onun fəaliyyəti, tematikasıl və s. hər kəsi maraqlandıracaq.

 

Qərbi Azərbaycan Televiziyasının yaradıcıları Qərbi Azərbaycan həqiqətlərinə hər kəsdən daha çox bələddirlər. Onlar bu dərdi yaşayıblar. Bu da onlara imkan verəcək ki, Qərbi Azərbaycan həqiqətlərini daha dolğun şəkildə, bütün incəliklərinə qədər beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq.

 

Mən Qərbi Azərbaycan Televiziyasına uğurlar arzulayıram. Nə vaxt dəvət etsələr, məmnuniyyətlə onların qonağı olaram”.

 

Seymur ƏLİYEV

 

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla