AZ

Sağlam uşaq dünyaya gətirmək üçün ideal evlilik yaşı neçədir? – Mühüm AÇIQLAMA 

Son illərdə Azərbaycanda evlənmə yaşı artıb. Belə ki, ailə quranların yaş həddi 30-a qədər yüksəlib. Evlənmə yaşı ildən-ilə daha da artır.

Maraqlıdır, əslində evlənmə yaşı neçə olmalıdır? Kişi və qadın üçün ən optimal yaş neçədir ki, dünyaya sağlam uşaq gətirə bilsinlər?

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, tibbi nöqteyi-nəzərdən yanaşanda, evlilik üçün ən uyğun yaş dövrü 18-30 aralığıdır:

“30 yaşdan sonra qadınların uşaq dünyaya gətirməsi 30-40 %-ə qədər azalır. Bu da ona görədir ki, qadınlarda 28-40 yaş aralığında estrogen hormonunun səviyyəsi yavaş-yavaş aşağı düşür. 40 yaşında isə həmin hormon çatışmazlığı ən yüksək həddini yaşayır və qadın klimaks yaşamağa başlayır. Kişilərdə isə 30 yaşdan sonra spermanın aktivliyində problemlər yaranır. Bu isə uşaq dünyaya gətirməyi çətinləşdirir.

Mən demirəm ki, qızlar elə 18 yaşından ailə qurmalıdırlar. Lakin 18 yaşında qızların bütün orqanları öz fəaliyyətini tam bərpa edir və tamamlamış olur. Lakin 18-dən aşağı yaşda evlənənlərdə ölüm halları çox olur”.

Həkim qeyd edib ki, bu gün Azərbaycanda gənclər 30 yaşının keçməsinə çox adi baxırlar:

“Sadəcə olaraq, bu gün gənclərin evlənmək imkanları zəifdir. Bu gün şəhərdə kimi dindirsən görürsən ki, birinin 42, birinin 38 yaşı var, lakin evlənməyiblər. Biz əvvəllər belə şeyə heç vaxt rast gəlmirdik. Lakin bu gün 30 yaşdan yuxarı evlənməyənlərin sayı Azərbaycanda acınacaqlı şəkildə yüksəkdir”.

Nuranə Daxilqızı, Bizim.Media

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla