AZ

Çasov Yar şəhərinin son vəziyyəti... - Rusiya bu tarixədək şəhəri tam ələ keçirməyi hədəfləyir (VİDEO)

Hazırda qızğın döyüşlərin getdiyi bölgələrdən olan Donetskin Çasov Yar şəhərinin son görüntüləri yayılıb.

"AzPolitika" xəbər verir ki, "Associated Press" kanalının paylaşdığı görüntülərdən məlum olur ki, mütəmadi olaraq ruslar tərəfindən atəşə tutulan şəhər hazırda xarabalıqları xatırladır. Məlumata görə, müharibədən əvvəl burada 12 min insan yaşayırdı.

Baxmut yaxınlığında yerləşən və strateji önəmə sahib olan Çasov Yar Rusiya üçün xüsusi önəmə sahibdir. Belə ki, Ukrayna SQ-nin baş komandanı Aleksandr Sırski bir müddət əvvəl bildirmişdi ki, Rusiya mayın 9-na qədər Çasov Yarı tutmağı qarşısına məqsəd qoyub.

Rusiya SQ buranı 9 may münasibəti ilə Kremlə hədiyyə etmək istəyir.

"AzPolitika.info"

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla