AZ

Sülh və qlobal təhlükəsizlik naminə dünyaya çağırış

Bakı. Trend:

May ayının 1-dən 3-dək ölkəmizdə “Sülh və qlobal təhlükəsizliknaminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin təklifi əsasında 2008-ci ildə mədəniyyətlərarasıdialoqa dair bu Forumun əsası qoyulmuşdur və 2011-ci ildə ilk Forumkeçirilmişdir. Forumun əsas məramı və məqsədi mədəniyyətlərarasıəməkdaşlıq dialoqun təşviq edilməsi üçün mühüm beynəlxalqplaformanın yaradılmasıdır. Bundan öncə keçirilmiş bu Forumlarartıq beynəlxalq platforma olduğunu sübut etmişdir. Azərbaycandakeçirilən tədbirin uğurlu göstəricilərindən biri də Foruma dünyanın110-a yaxın ölkəsindən aparıcı beynəlxalq təşkilatların, hökumətüzvlərinin, parlament sədrlərinin, parlament üzvlərinin, beynəlxalqmedia nümayəndələrinin, QHT rəhbərlərinin və nüfuzlu mərkəztəmsilçilərinin iştirak etməsidir. “Sülh və qlobal təhlükəsizliknaminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu dünya üçün vacib və aktual hesab edilən məsələlər müzakirəediləcəkdir.

Tədbirdə iştirak edən cənab İlham Əliyev bir çox vacibməsələlərə toxunaraq bildirmişdir ki, “Məmnunam ki, burada 100-dənartıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözünəsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadırvə orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Bizindi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhsolunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdikki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərarqəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətininnümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, birməqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız dahatəhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoqdayanır. Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çoxgeniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətəngenişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlimdəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişəvəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzuedirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəlisürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki,mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki,mövcud və potensial hədələri aradan qaldıraq? 2019-cu ildə Bakıdagörüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb.Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeniqeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük.Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsiniverəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobalgündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantlarıtapılsın”. Qeyd etmək lazımdır ki, Ümumdünya MədəniyyətlərarasıDialoq Forumu hal-hazırda dünyada baş verən gərgin və ziddiyyətlibir dönəmdə müxtəlif xalqlar, etnoslar arasında qarşılıqlıanlaşmanı təşviq edən, dini, mədəni və etnik amillərdən irəli gələnmüxtəlifliklərdən ərsəyə gələn düşüncələrin həyata keçirilməsindətəsirli vasitə kimi faydalanmağın yollarını özündə əks etdirənunikal müzakirə platformasıdır. Ölkəmiz multikultural ənənələri iləözünü dünyada tanıtmışdır. Azərbaycan Foruma ev sahibliyi etməkləmədəniyyətlərarası dialoqa töhfə verərək dünyada baş verən qlobaləhəmiyyətli məsələlərin həllində fəal iştirak edir. ÜmümdünyaMədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda ölkəmiz üçün vacibvə əhəmiyyətli beynəlxalq tədbir hesab etmək olar. Çünki sonzamanlarda ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib.Ölkəmiz bu tədbirlərə ev sahibliyi edib. Ölkəmizdəmədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühümbeynəlxalq plaforma yaradılıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsindəaparılacaq müzakirələr bu sahədə olan qlobal problemləri müəyyənedərək əməkdaşlıq, hərməylik, tərəfdaşlıq və qarşılıqlı anlaşmanıngücləndirilməsi istiqamətində təkliflər verilərək xalqlar, dinlər,mədəniyyətlər və etnik amillər arasında əlaqələrinyaxşılaşdırılması istiqamətində böyük töhfə verəcək.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla