AZ

Oblakın əvəzinə gürcü qapıçı

“Atletiko” Yan Oblakı satmaq istəyir. 10 ildir Madrid klubunda çıxış edən sloveniyalı qapıçı yayda İngiltərəyə köçə bilər.

Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted” və “Çelsi”nin hədəfində olan 31 yaşlı qolkiperin İspaniya klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var. Lakin madridlilər daha gənc qapıçının transferi üçün onu satmaq qərarı verib.

“Atletiko”nun heyətinə qatmaq istədiyi yeni oyunçu da bəllidir. Baş məşqçi Dieqo Simeone “Valensiya”nın gürcü qapıçısı Giorgi Mamardaşvilinin transferinə çalışır.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla