AZ

Samir Abasov İtaliyaya getməyin planlarını qurur

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İtaliyaya səfər etməyi planlaşdırır.

Bu barədə təcrübəli mütəxəssis özü saytımıza açıqlama verib:

"İtaliyaya səfər etməyi düşünürəm. Bu yöndə danışıqlar gedir. Hansı tarixdə, hansı kluba gedəcəyim hələ bəlli deyil. İtaliya futbolu taktikaya daha çox önəm verir. Mənim üçün proritetdir ki, yaxından prosesi görüm. Bir məşqçi kimi inkişaf etməyimdə bu addımların rolu böyükdür".

Xatırladaq ki, 46 yaşlı mütəxəssis ötən həftə İspaniya nəhəngi "Barselona"nın düşərgəsində təcrübə keçib.

O, klub prezidenti Xuan Laporta, baş məşqçi Xavi Hernandes və bir sıra başqa şəxslərlə fikir mübadiləsi aparıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla