AZ

İran İsrail-Səudiyyə Ərəbistanı yaxınlaşmasına QARŞI ÇIXDI

İran İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması vədindən narazıdır.

İnterpress.az İran mediasına istinadla xəbər verir ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei bəyanat verib.

“İran İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması vədindən narazıdır” – Xameneinin bəyanatında deyilir.

İranın Ali Rəhbəri İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərin yenilənməsinə qarşı çıxıb. Bu ideyanın həyata keçirilməsini regiona gələn ABŞ dövlət katibi Entoni Blinken təşviq edir.

“Bəziləri hesab edir ki, region ölkələrini İsraillə münasibətləri yaxşılaşdırmağa məcbur etməklə problemi həll etmək olar. Fələstin fələstinlilərə qaytarılmalıdır”, – deyə Xamenei bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla