AZ

İndoneziyada 12 000 vətəndaş təxliyə ediləcək - Vulkanın külü qonşu ölkələrə çatır - FOTO

İndoneziyada şimalındakı Ruanq vulkanında vulkanik fəaliyyətlər davam edir. 

BAKU.WS "sondakika.com"a istinadən xəbər verir ki, bu səbəbdən bölgədən 12 000 vətəndaşın təxliyə ediləcəyi bildirilib.

Vulkanın ərazisindəki küllər qonşu ölkələrə, o cümlədən Malayziyaya doğru istiqamətlənib.

Qeyd edilib ki, vulkanda üç böyük partlayış olub, yaranan kül buludları 5 min metr hündürlüyə qalxaraq 1000 kilometrlik ərazini əhatə edib.

Ətrafa yayılan kül səbəbindən aviareyslərin hərəkətində problemlər yaranıb və bölgədəki 7 hava limanında uçuşlar dayandırılıb.

Məlumat üçün bildirək ki,  İndoneziyada 2018-ci ildə də Anak Krakatoa vulkanının püskürməsi nəticəsində sunami yaşanıb təbii fəlakət nəticəsində 426 nəfər vəfat edib, on minlərlə adam müxtəlif dərəcəli xəsarətlər almışdı. 

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla