AZ

"Uber" məhkəməyə verilir: Milyonlarla dollarlıq təzminat tələbi

İngiltərədə təxminən 11 000 taksi sürücüsü "Uber"i məhkəməyə verəcək.

Bakıvaxtı.az-ın "The Telegraph"a istinadən məlumatına görə, sürücülər "Uber"in 2012-2018-ci illər arasında Londonda taksi sifarişi qaydalarını pozduğunu iddia ediblər. 

Belə ki, "Uber"in "Transport for London" (TfL) taksi sifarişi sistemini yanlış məlumatlandırması nəticəsində şəxsi icarəyə lisenziyalaşdırma qaydaları pozulub. Bu isə sürücülərin əldə etdikləri gəlirin azalmasına səbəb olub. 

Məhkəməyə müraciət edən sürücülər "Uber"dən ümumilikdə 250 milyon funt sterlinq (10 131 995 000 avro) təzminat tələb edirlər. 

Qeyd edək ki, 2009-cu ildən San-Fransiskoda fəaliyyətə başlayan "Uber" hazırda dünyanın 70-ə yaxın ölkəsində və 10 000-dən çox şəhərdə fəaliyyət göstərir.

"Uber" qlobal miqyasda oxşar problemlərlə üzləşib. Bu ilin əvvəlində Avstraliyada "Uber"in bazara aqressiv nüfuzetmə taktikası səbəbindən gəlirlərini itirdiklərini iddia edən 8000-dən çox taksi və avtomobil kirayəsi operatoru, həmçinin sürücülər şikayətçi olublar. Nəticədə "Uber" 271,8 milyon dollarlıq təzminat ödəyib. 

Gülşən Şərif


 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla