AZ

Mats Hummels “Borussiya” - PSJ matçının ən yaxşısı seçildi

PSJ-yə qarşı ÇL-in ilk yarımfinal ev oyunu (1:0) Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Mats Hummels üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Hummels bu oyunun ən yaxşı oyunçusu seçilib.

Alman futbolçu əsas heyətdə meydana çıxıb və bütün oyunu yüksək səviyyədə çıxışı ilə yadda qalıb. Oyunun yekunlarına əsasən ən yaxşı oyunçu seçilmiş Hummelsə xatirə mükafatı təqdim edilib.

“O, həm topla, həm də topsuz əla idi. O, öz keyfiyyətlərini, təcrübəsini və xüsusən də liderlik qabiliyyətini nümayiş etdirdi”, — UEFA texniki müşahidəçilər dəstəsi veteran müdafiəçi haqda rəyini bildirib.

Hummels də matçla bağlı fikirlərini ifadə edib: “Bu gün ən yaxşı oyunumuzu oynadıq. Bizim tərəfimizdən çox yetkin oyun oldu. Ən yaxşı oyunumuzu göstərmək üçün bir-birimizə kömək etdik. Çempionlar Liqasının yarımfinalında sakit qalmaq və düzgün qərarlar qəbul etmək asan deyil, amma biz bunu uzun müddət yaxşı bacardıq. Əlbəttə, biz “Uembli”yə getmək istəyirik, amma Çərşənbə axşamı Parisdə daha bir çətin oyun olacaq. Finala çıxmaq istəyirsinizsə, Parisdə özünüzü müdafiə etməyə hazır olmalısınız”.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSJ “Borussiya”nı mayın 7-də Parisdə qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mats Hummels “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də üç il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədədir.

Hummels cari mövsümdə “Borussiya”nın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 505 oyuna 37 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.

Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir. Müdafiəçi uzun müddətdən sonra yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla