AZ

Koronavirusun DNT testini təsbit edən alim üçün qərar verildi

Çində Covid-19-un DNT ardıcıllığını ilk dəfə açıqlayan virusoloq Cang Yongcin-in ötən həftə qəfil təxliyə edilməsi tələb olunan laboratoriyasına qayıdılmasına icazə verildiyi bildirilib. 

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Cang, sosial şəbəkə hesabında etdiyi paylaşımda laboratoriyanın qapısında keçirilən etiraz aksiyasının nəticə verdiyini , bununla belə onun və komandasının müvəqqəti olaraq laboratoriyaya qayıtmaları üçün razılıq əldə edildiyini bildirib. 

Cang öz hesabında \"Getmirəm, tərk etmirəm, elmi və həqiqəti axtarmağa davam edəcəm” deyib. 

Qeyd edək ki, etirazçıların (Cang Yongin və laboratoriya işçilərinin)  laboratoriyaya sərbəst girib çıxa bildiyini deyən Cang, laboratoriyanın strukturunu pozmadan daşınmaq üçün səlahiyyətlilərlə bir plan müzakirə etdiklərini də söyləyib. 

Xatırladaq ki, keçən həftə səhiyyə orqanları Cang və qrupundan Şanxaydakı laboratoriyanı qəfil evakuasiya etmələrini istəyib və həftə sonu laboratoriyaya girmək istəyən Canqın qarşısı mühafizəçilər tərəfindən alınıb.  

Cang yağışda səkidə kartonun üzərinə oturaraq hadisəyə etiraz edib. 

Oksana
Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla