AZ

"Qarabağda insanların yaşaması üçün tikilən evlər müasir deyil" - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb.

Memar Aysel Hüseynova BiG.AZ-a bildirib ki, işğaldan azad olunan ərazilərdə tarixi abidələrin bərpası idealdır. Amma insanların yaşaması üçün tikilən evlər müasir deyil, daxma effektlidir:

"İşğaldan azad olunan ərazilərdə yenidənqurma başlanılıb. Məhv olmuş tarixi abidələr siyahıya alınır və onun tam bərpası layihəsi işlənilir. Yeniqurma işlərində əsasən smart sistemdən istifadə olunur. Təəssüf ki, qəbul etmədiyim bir çox nüanslar var. İnsanların yaşaması üçün tikilən evlər müasir deyil, daxma effektlidir. Onların fasad strukturunu bəyənmirəm, daha effektiv etmək olardı. Sanki xurşovka effektli evlər hazırlanıb. Amma tarixi abidələrdən söhbət gedirsə, bərpası idealdır. Tarixi abidənin üzərindəki detallar araşdırılaraq,düzgün seçilərək həll edilməlidir. Tək insanların yaşaması üçün deyil, mədəni turizm üçün kurort zonaları hazırlanmalıdır. Bu ərazilərdə turistlərin cəlb edilməsi üçün hər cür şərait var. Düşünürəm ki, Qarabağın bölgələrindən biri tələbə şəhərciyi olmalıdır. Universitetleri ora köçürmək həm Bakıda tıxaclar, həm insan sıxlığını azaldar, həm o ərazilər də təhsil ocağına dönər. Necə ki, xarici ölkələrdə belə şəhərciklər var, Qarabağda da yaratmaq olar. Bu, Qarabağın bölgədə postunu da qaldıra bilər. Mən Milli Elmlər Akademiyasının doktorantı olduğuma görə elm tərəfdarıyam. Bu ideya həmişə ağlımda olub. Elmi konfranslar üçün həmişə Naxçıvan və Ordubadı nəzərdə tuturdum. Amma Şuşadan da elmi konfranslar üçün istifadə etmək olar. Bu cür həll olunduğu halda Bakının da yükü azalmış olar. Bir zona tələbələr üçün, bir zona mədəni turizm, bir zona kurort üçün ayrıla bilər".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla