AZ

"Bu monoetnik dövlət digər xalqlar və millətlərlə eyni məkanda yaşaya bilmir" -Vüqar İskəndərov

“Ermənistan zaman-zaman bu bölgədə, regionda layihə dövlət kimi yaradıldıqdan sonra Azərbaycana və Türkiyəyə torpaq iddialarını kənara qoymadı, əksinə, həmişə öz iddiasını göstərdi. Öz başından böyük, yüksək iştahlı münasibətilə özünü çox çətin duruma salıb və salmaqdadır. İndiki situasiyada biz qələbəmizi qazanan, suverenliyimizi bərpa edən ölkə kimi artıq işğaldan azad etdiyimiz bölgələrdə geniş miqyaslı bərpa-quruculuq, tikinti işləri görürük. Həmin əraziləri cənnətə çevirməkdəyik. Bu bizim gücümüzü,qətiyyətimizi göstərir. Ölkə başçısının çox uğurlu, həm daxili, həm xarici siyasətinə işarə edir. Hələ əsrin əvvəllərindən başlanan bu işğalçılıq siyasəti genosid, kultrasid siyasəti Ermənistanı artıq dalan dövlətinə çevirib və qonşu olan ölkələrlə bu yarıtmaz siyasət Ermənistanın öz başında çartlayıb. Ermənistan 80-ci illərin sonlarında qısa bir vaxt ərzində monoetnik dövlətə çevrildi. 300 mindən artıqazərbaycanlıları oradan qovdu və bu gün dünyada nadir dövlətlərdən biridir ki, demək olar ki, ərazisində etnik ermənilərdən başqa digər xalqlar, yaşamır. Özlüyündə bir çox mətləblərdən xəbər verir. Əvvəla, onu göstərir ki, bu monoetnik dövlət digər xalqlar və millətlərlə eyni məkanda yaşaya bilmir. Türkəfobiya, hətta insana fobiyadır. Bunun başqa adı yoxdur. Müasir dünyada qəbuledilməz bir məsələdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, bu gün Azərbaycan öz siyasəti ilə Ermənistanda bunu dəyişdirməyə çalışır və bəlkə də Ermənistana Azərbaycandan çox yaxşılıq edən ikinci bir dövlət yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla