AZ

Radikallar Rheinmetall rəhbərinin bağ evini yandırıb

Hermansburqda (Aşağı Saksoniya) Almaniyanın ən böyük müdafiə şirkəti Rheinmetall-ın rəhbəri Armin Papperqerin bağ evi yandırılıb.

Herbiand.az Bild-ə istinadən xəbər verir ki, bunda solçu ekstremistlərin əli ola bilər.

“Aprelin 28-dən 29-na keçən gecə Armin Papperqerin bağ evində yandırıcı qurğu quraşdırdıq”, - alman qəzeti Indymedia platformasında dərc olunan radikalların bəyanatdan sitat gətirib.

Radikallar yanğını onunla izah ediblər ki, Rheinmetall “Zeytenwende-nin benefisiarlarından biridir”. Onların sözlərinə görə, konsern “müxtəlif köhnə tipli tanklar” toplayıb ki, bu da “indi Ukraynaya döyüş sursatı ilə birlikdə və böyük gəlirlə satıla bilər”.

Sonda radikallar Almaniyanın solçu terror qruplaşmasının Qırmızı Ordu Fraksiyasının üzvü, fevralda həbs edilmiş 65 yaşlı Daniela Klettenin azadlığa buraxılmasını tələb ediblər. Klette 30 ildən çox idi gizlənirdi.

Alman kəşfiyyat xidmətləri araşdırmaya başlayıb və dərc edilən bəyanatın həqiqiliyi yoxlanılır.

Qeyd edək ki, Rheinmetall AG konserni 1889-cu ildə yaradılıb və Almaniyanın əsas silah istehsalçılarından biri hesab olunur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla