AZ

Rusiya Odessanı ballistik raketlə vurdu

Ötən gün axşam saatlarında rus ordusu Odessaya yenidən ballistik raketlərlə hücum edib.

Axar.az xəbər verir ki, bunu Odessanın hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib.

O, 14 nəfərin xəsarət aldığını bildirib:

“Zərbələr nəticəsində mülki infrastruktura ziyan dəyib”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Odessaya endirilən zərbələri şərh etmir və bildirir ki, yalnız hərbi hədəfləri vurur.

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla