AZ

"Başkəndlə bağlı Ermənistan əgər hər hansı bir məsələ qaldırarsa..." -Mübariz Göyüşlü

“Azərbaycanın Qazaxın dörd kəndinin də qaytarılmasından sonra əsas prioritet məsələlərdən biri kimi bizim qarşımızda duran məqam Qazaxın digər üç anklav olan kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması ilə bağlı məsələdir. Bilirik ki, Ermənistan tərəfi əldə olunan məlumatlara görə, Gədəbəyin Başkənd ərazisi ilə bağlı məsələ qaldırmaq istəyir. Bu həmçinin də təxribatdır və gərginlik yaradıb, danışıqları pozmaq istəyir. Azərbaycanın tələblərinin qarşısını almağa cəhd göstərir. Düşünürəm ki, Başkənd heç bir halda ermənilərə verilə bilməz, verilməməsi məsləhətdir. Təbii ki, aidiyyəti qurumlar bunu müzakirə edəcək. Ancaq mənim şəxsi fikrim budur ki, Başkənd qədim Azərbaycan torpağıdır və verilə bilməz. Başkəndlə bağlı Ermənistan əgər hər hansı bir məsələ qaldırarsa, bunu həll etməyimizüçün təbii ki, sərhədlərin delimitasiyası və demarkasiyası sərhədləri müəyyənləşdirmək lazımdır. Başqa bir məqam kimi Ermənistan 1991-ci il Almatı bəyannaməsinə istinad etməyə cəhd göstərir. Biz düşünürəm ki, bu məsələyə getməyə bilərik. Çünki bu hardasa erməni tərəfinin haqsızlığıdır və bizim tarixi torpaqlarımızda ermənilər gəlib yerləşiblər”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi qeyd edib ki, biz bütün bu məsələlərlə paralel Zəngəzur dəhlizinin açılması məsələsini gündəmdə saxlayırıq və bu bizim üçün önəmlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla