AZ

Avropa İnvestisiya Bankı tezliklə Qara dənizdə sualtı internet kabeli layihəsinin qiymətləndirilməsini başa çatdıracaq

Tbilisi. Trend:

Avropa İnvestisiya Bankı yaxın zamanda Qara dənizdə sualtıinternet kabeli layihəsinin qiymətləndirilməsinin başa çatacağınıgözləyir.

Trend xəbərverir ki, bu barədə Avropa İnvestisiya Bankının vitse-prezidentiTeresa Çervinska Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısıçərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa ƏlaqələriDəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-AsiyaBağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panelmüzakirəsində çıxışında deyib.

"Bizim fərdi kapitalın səfərbərliyi üzrə qabaqcıl təcrübəmizvar. Regionla təhlükəsiz bağlantı üçün yüksək sürətli internetintəmin edilməsi son dərəcə vacibdir. Hazırda Gürcüstan və Rumıniyailə sualtı rəqəmsal rabitə layihəsini qiymətləndiririk", - odeyib.

Çervinska regionda texniki bazarın sürətlə böyüdüyünü və bu növxidmətlərə tələbatın yüksək olduğunu qeyd edib.

"Hazırda layihənin ümumi dəyərini qiymətləndiririk. Layihəninmürəkkəblik dərəcəsi çox yüksəkdir. Mühəndislik nöqteyi-nəzərindəndigər məsələ layihəyə özəl kapitalın necə cəlb edilməsindən vəmaliyyələşdirmənin necə strukturlaşdırılmasından ibarətdir.Düşünürəm ki, yaxın zamanda, bir neçə ay sonra layihəninqiymətləndirilməsini bitirəcəyik", - o deyib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantınınmövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla