AZ

Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyətini qəbul edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

“Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olduq. Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edilib”, – deyə nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
14
Mənbələr
Şərh ()
Bağla