AZ

Mikayıl Cabbarov Özbəkistanda bır sıra görüşlərdə olub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.

3 ölkə enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladı

FED.az xəbər verir ki, görüşdə vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər Özbəkistanla strateji tərəfdaşlığın daha da güclənməsinə münbit şərait yaradıb. Qeyd olunub ki, 12-ci iclası ötən il Şuşada keçirilmiş Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya, həmçinin Azərbaycan-Özbəkistan Regionlararası Forumu, Azərbaycan-Özbəkistan İşgüzar Şurası iqtisadi-ticarət münasibətlərinin inkişafında mühüm rol oynayır. Tərəflər iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların araşdırılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi haqqında Yol Xəritəsinin icrası, energetika sahəsində birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparıb.

Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə görüşdə müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsinin önəmi vurğulanıb. Tərəflər birgə layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, infrastruktur, sənaye, hasilat, rəqəmsallaşma və turizm sahəsində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Özbəkistana səfər çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. Tədbirdə vurğulanıb ki, Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı müxtəlif sahələr üzrə uğurla genişlənir. Birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları bu baxımdan önəm kəsb edir. Ötən ilin əvvəlində yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti isə ölkələrimizin regionları və işgüzar dairələri arasında münasibətlərin inkişafına, hər iki tərəfdən sərmayə qoyuluşunun artırılmasına mühüm töhfə verəcəkdir.

Tədbirdə Özbəkistanla biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin fəal təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla