AZ

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Oğurluqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Buzovna qəsəbəsində bir həyətdən 2500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Xalıq Bağı oğlu saxlanılıb.

***

Avtosfer.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində iki mağazadan ümumilikdə 2900 manat pul oğurlamaqda şübhəli bilinən Səlim Bədirov saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla