Bakupost.az xəbər verir ki, məşhurlar Qəzzanı unutmur və ianə verməyə davam edirlər.
Məşhur kanadalı sənətçi və "The Weeknd" adlı səhnə adı ilə tanınan WFP-nin xoşməramlı səfiri Abel Tesfaye Qəzzaya 2 milyon dollar ianə edib. XO Humanitar Yardım Fonduna yardım edən müğənni Qəzzaya 18 milyon çörək paylanmasına dəstək olub.
Qeyd edək ki, Qremmi mükafatına layiq görülmüş müğənni 2021-ci ilin oktyabrında Ümumdünya Ərzaq Proqramının (Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı) xoşməramlı səfirlərindən biri təyin edilib.
Digər tərəfdən, müğənni The Weeknd son aylarda Spotify rekordunu qırıb. The Weeknd-in ikonik mahnısı "Blinding Lights" platformada 4 milyard dinləməni keçən ilk mahnı oldu.
Mahnı Ed Sheeranın "Shape of You" mahnısını taxtdan salıb. Spotify-da ən çox dinlənilən mahnı "Shape of You” idi.
Aygün
BakuPost