AZ

Pentaqonun keçmiş müşaviri: “Ukrayna dəhşətli itkilər verib“

Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor "Our Country Our Choice"ə Ukrayna müharibəsi ilə bağlımaraqlı açıqlamalar verib. News365.az xəbər verir ki, o, hərbi tibb xidmətindəki pərakəndilik səbəbindən yaralı ukraynalı hərbçilər döyüş meydanlarında qalır. Makqreqor Ukraynanın itkilərinin dəhşətli dərəcəyə çatdığını deyib.

“Uğurlu əməliyyatlar aparmaq üçün lazım olan infrastruktur, yəni ləvazimatlar, tibb avadanlıqları, əsgərlərin döyüş meydanından təxliyəsi artıq Ukraynada əvvəlki kimi qurulmur. Ağır yaralılar döyüş meydanında ölümlə üz-üzə buraxılırlar. Onları sadəcə ərazidən çıxara bilmirlər”, - deyə keçmiş zabit bildirib.

O, əlavə edib ki, Ukrayna cəbhəsi artıq çöküb və Silahlı Qüvvələrin tam məğlubiyyəti yalnız zaman məsələsidir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Seçilən
32
Mənbələr
Şərh ()
Bağla