AZ

Gəncədə sahibkarlara çıxarışlar təqdim olunub - FOTOLAR

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mülkiyyət sənədlərinin təqdim olunması davam etdirilir. 

Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar və səbəbləri açıqlanıb – HESABAT

FED.az xəbər verir ki, bu günədək 5929 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib olunaraq aidiyyəti üzrə təqdim edilib, 384 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin olunub.

Mülkiyyət sənədlərini - qeyri-yaşayış binalarına dair çıxarışı və texniki pasportu əldə edənlər arasında paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sahibkarlar da var.

Bu gün Gəncədə fəaliyyət göstərən bir neçə sahibkara mülkiyyət sənədləri təqdim olunub.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. (Azərtac)

GəncədəGəncədəGəncədəGəncədə
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla