AZ

Filippin XİN Cənubi Çin dənizindəki insidentlə bağlı Çinə etiraz edib

Filippin Xarici İşlər Nazirliyi aprelin 30-da Cənubi Çin dənizində iki ölkənin sahil mühafizə gəmiləri arasında növbəti toqquşma ilə əlaqədar Çinin Maniladakı diplomatik missiyasının rəhbərinin müavini Çjou Çji Yonqu çağırıb.

Bu barədə Filippin Xarici İşlər Nazirliyiöz saytında məlumat yayıb.

“Biz Çin sahil mühafizəsi və dəniz polisi gəmilərinin Filippin gəmilərinə qarşı təzyiqlərə, zərbələrə, təhlükəli manevrlərə, su şırnaqlarından istifadəsinə və digər aqressiv hərəkətlərinə etiraz edirik”, - sənəddə deyilir.

“Filippin tələb edir ki, Çin gəmiləri dərhal Skarboro Atollunu və onun sularını tərk etsinlər”, - deyə məlumatda qeyd edilib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla