AZ

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

2024-cü ilin birinci rübü üçün təsirli qazancları barədə hesabat verməzdən əvvəl "Google" əsas komandasından ən azı 200 proqramçı və mühəndisi işdən çıxarıb. Əvəzində İT nəhəngi dərhal Hindistan və Meksikadan ucuz mütəxəssisləri işə götürməyə başlayıb. Bu, jurnalistlərin diqqətini cəlb edib. 

Valyuta.az xəbər verir ki, CNBC bununla bağlı araşdırma aparıb.

"Google"un saytında bildirilir ki, əsas bölmə şirkətin flaqman məhsulları üçün texniki bazanın yaradılmasına və internetdə istifadəçilərin informasiya təhlükəsizliyinə cavabdehdir. Buraya "Python" ilə işləyən mühəndislər, texniki məhsul infrastrukturu və digər tərtibatçılar daxildir.

Sənədlərdə işdən çıxarılanların ən azı 50-sinin şirkətin Kaliforniya ştatındakı "Sunnyvale" ofislərində mühəndislər olduğu göstərilir. CNBC jurnalistləri tərəfindən nəzərdən keçirilən daxili sənədlərə əsasən, onların bir çoxunu Meksika və Hindistandan olan mütəxəssislər əvəz edəcək.

Güman edilir ki, bu kadr dəyişikliyi "Google"un yüksək maliyyə səmərəliliyini saxlamaq istəyi ilə bağlıdır və bu, investorları sevindirəcək. Aprelin 25-də verdiyi son hesabatda İT nəhəngi 2024-cü ilin birinci rübü üçün gəlirlərinin 15 faiz artdığını bildirib. Bundan əlavə, "Google" 70 milyard dollar dəyərində ilk dividendləri və səhmlərin geri alınmasını elan edib.

Paşa Məmmədli

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla