AZ

ABŞ müdafiə naziri Ostinə etiraz

ABŞ-nin müdafiə naziri Ostinə Nümayəndələr Palatasında iştirak etdiyi iclasda etiraz edilib və çıxışı yarımçıq kəsilib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, buna səbəb onun Qəzzada hücumlarını davam etdirən İsrailə qeyd-şərtsiz dəstək verməsi olub. 

Hökümət əleyhinə təşkilatın nümayəndəsi Medea Benjamin nazirin sözünü kəsərək Fələstin məsələsinə münasibətini açıqlayıb.

"Qəzzadakı soyqırımı dəstəkləyərkən ABŞ rəhbərliyindən necə danışa bilərsiniz? Qəzzada baş verənlər qeyri-qanuni, əxlaqsız və iyrəncdir. Bütün dünya bizi izləyir", - o deyib.

Daha sonra iclas sədrinin xəbərdarlığı ilə zaldakı mühafizəçilər tərəfindən çıxarılan Benjamin nəzarətə götürülüb.

Türkan 

Sitat.info

 

​​​​​​

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla