AZ

“Microsoft” süni intellektin inkişafına rekord məbləğdə sərmayə ayıracaq

Amerikanın “Microsoft” texnologiya korporasiyası Malayziyada 4 il ərzində bulud texnologiyalarının inkişafına və süni intellektin (AI) transformasiyasına rekord məbləğdə - 2,2 milyard dollar sərmayə yatıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

"Biz Malayziyada süni intellektin transformasiyasını dəstəkləməyə və onun bütün ölkə əhalisinə fayda verməsini təmin etməyə sadiqik" , - məlumatda deyilir.

Şirkət, həmçinin daha 200 min nəfərə süni intellekt üzrə təlim keçmək niyyətindədir.

Qeyd edək ki, "Microsoft" daha əvvəl İndoneziyada növbəti dörd il ərzində süni intellekt və bulud infrastrukturunun inkişafı üçün 1,7 milyard dollar ayıracağını açıqlayıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla