AZ

İranda təhlükəli gəlişmə: “Belə bir hal baş versə, Türkiyə...”

Nüvə silahı əldə etmək istəyən dövlətlərin sayı artdıqca, bu, nüvə silahı olmayan ölkələrdə narahatlıq yaradır. Siyasətçilər və ekspertlər “nüvə müharibəsi” ifadəsini tez-tez işlətməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə fonunda Qərb dövlətlərini nüvə silahıyla hədələyir:

“Digər yandan, İran nüvə silahı əldə edərsə, Türkiyə və Səudiyyə Ərəbistanı da bu silaha yiyələnmək barədə düşünəcək. Çinin nüvə silahlarının sayını artrırması bu ölkənin qonşularını ciddi narahat edir.

Yaponiya, Cənubi Koreya və Hindistan nüvə mövzusunda, o cümlədən tərksilah və nüvə silahlarının yayılmaması barədə dialoq aparır. Bu üç ölkə uzun illər nüvə tərksilahının tərəfdarı olub, nüvə sınaqlarına qadağa müqaviləsi və parçalanan materialların istehsalının dondurulmasını təklif edib. Hindistan və Cənubi Koreya nümayəndə heyətləri aprelin 26-da nüvə, kimyəvi və bioloji sahələrlə bağlı tərksilah və silahların yayılmaması sahəsindəki inkişaflara dair danışıqlar aparıb”.

Məqalədə qeyd olunur ki, aprelin 24-də Yaponiya da Hindistanla tərksilah, nüvə silahlarının yayılmaması və ixraca nəzarət üzrə məsləhətləşmələrin 10-cu raundunu keçirib. Mərkəzin ekspertləri söyləyirlər ki, Hindistan nüvə silahına malik olsa da, Çinin nüvə arsenalını artırmasından narahatdır. Bu narahatlığı Cənubi Koreya və Yaponiya da bölüşür.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla