AZ

Fransanın Gürcüstan layihəsi də boşa çıxır- ÖZƏL

"Fransanın Afrikada həyata keçirdiyi müstəmləkə siyasətinin artıq sona çatmaq üzrə  olması və Ermənistan vasitəsilə Cənubi Qafqaza soxulmaq cəhdlərinin  boşa çıxması heç kimdə şübhə doğurmur". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə,  Afrika ölkələrinin bir-birinin ardınca Parisə ölkələrini tərk etmələri barədə ultimatumları və Ermənistanın Baş Naziri Nikol Paşinyanın son dövrdə Türkiyə və Azərbaycanla münasibətdə isti mesajları dediyimizin sübutudur:
"Bu yerdə Gürcüstanda son günlərdə baş verən hadisələri də Fransanın aktivinə yazmaq doğru olardı. Axı Salome Zurabişvili 6 il bundan öncə məhz Fransa tərəfindən hazırlanıb Gürcüstana göndərilmişdi. O zaman düşünürdülər ki, xanım prezident Gürcüstanı Rusiyanın nüfuz dairəsindən qopararaq Avropa İttifaqına aparmaqda ciddi fəaliyyət göstərəcək. Amma Zurabişvili ona bəslənən ümidləri heç doğrulda bilmədi. Fəaliyyəti dövründə portfelsiz və səlahiyyətsiz  Prezident missiyasını həyata keçirdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, Gürcüstan hökuməti  onu xarici səfərlərə belə buraxmaq istəmirdi.
Salome Zurabişvili Prezident kimi ən ağır və bəlkə də son günlərini yaşayır. Gürcüstan Parlamentinin qəbul edəcəyi "xarici agentlər haqqında" qanun QHT-lərin kənardan maliyyələşdirilməsinə son qoyacağı kimi, Zurabişvilinin də karyerasına nöqtə qoya bilər. Beləliklə Afrika və  Ermənistanın ardınca Fransanın Gürcüstanla bağlı layihəsi də bitmək üzrədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla