ABŞ Prezidenti Co Baydenə görə dünya nüvə müharibəsi astanasındadır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.
“Baydenin zəifliyi planeti nüvə müharibəsi astanasına gətirib. Amma mən yeni gözəl dünya gətirəcəm”, - sabiq prezident bildirib.
Tramp Üçüncü Dünya Müharibəsinin qarşısını ancaq özünün ala biləcəyini iddia edib.
Keçmiş prezident həmçinin əmin edib ki, əgər prezident o olsaydı, nə Fələstin-İsrail, nə Rusiya-Ukrayna münaqişələrinə, nə də İranın güclənməsinə imkan verərdi.
Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi iştirak etməyə hazırlaşır.
Müəllif: Mənsur Rəğbətoğlu