AZ

Şahzadə Diananın ilk əmək müqaviləsi hərraca çıxarıldı

Müəllif:Ayşən İmanova/Banco.az

Şahzadə Diananın ilk əmək müqaviləsi hərraca çıxarılıb.

Banco.az xəbər verir ki,Diana Spenserin Britaniya tacının varisi Şahzadə Çarlzla toyundan iki il əvvəl imzaladığı ilk əmək müqaviləsi onlayn hərracda 8,5 min avroya satılıb.

Müqavilə Britaniyanın varlı ailələrinə dayə xidməti göstərən “Solve Your Problem” agentliyi ilə bağlanıb. Gələcək şahzadə bu müqaviləni 1979-cu ilin mayında, Londona köçdükdən bir neçə həftə sonra imzalayıb.

Bu, Diananın ilk rəsmi müqaviləsi hesab edilir. Sənəd xatirə kimi “Solve Your Problem” şirkətinin təsisçisi Meri Kuk tərəfindən saxlanılıb.

Qeyd edək ki, onlayn hərrac Bristolda yerləşən “Auctioneum” şirkəti tərəfindən keçirilib. Müqavilənin alıcısı ABŞ-dan olan anonim  şəxs olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla