AZ

Bakıda sürücülər kütləvi şəkildə qayda pozdular- VİDEO

Bakıda sürücülər qayda pozaraq tıxaca səbəb olublar. Avtosfer.az xəbər verir ki, hadisə Vaqif prospektində baş verib. Belə ki, sürücülər yolayrıcında tıxacın olduğunu görsələr də hərəkətlərinə davam ediblər. Bu zaman yolayrıcında qalaraq Səməd Vurğun küçəsi ilə hərəkət edən sürücülərin yolunu kəsiblər. Nəticədə yolda hərəkət dayanıb.

Qeyd edək ki, bu qaydanın pozulmasına görə sürücüləri 3 bal 80 manat cərimə gözləyir.

 

Fərid

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla