AZ

Elman Abdullayev: Biz dialoq və əməkdaşlıq körpüsü qurmalıyıq

Elman

Bakı, 2 may, AZƏRTAC

Dayanıqlı sülh tarixin önəmli bir hissəsidir. Biz tarixi-mədəni irsin qorunması istiqamətində səylərimizi birləşdirməliyik. Aydındır ki, müharibələrin sonunda mədəniyyətlərə çox böyük zərər dəyir. Sülhə aparan yol isə heç də asan olmur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Nəzərə almalıyıq ki, kollektiv səylər hər zaman önəmlidir. Biz dialoq və əməkdaşlıq körpüsü qurmalıyıq”, - deyə səfir əlavə edib.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla