AZ

Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirin ən yaxşısı seçilib

Bakı, 2 may, AZƏRTAC

Azərbaycanlı hakim Aygül Abdullayeva Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Prezident Kubokunda fərqlənib.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.

Qeyd edək ki, Azərbaycan millisi Prezident Kubokunda 2 qızıl, 4 gümüş, 6 bürünc olmaqla, ümumilikdə 12 medal qazanıb.

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla