Bitkoin məzənnəsi bir gündə 2 min dollardan çox ucuzlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Binance kriptovalyuta birjasının məlumatları sübut edir.
Məlumata görə, bitkoin 57 559 dollar (-3,62%) səviyyəsində ticarət edilib.
Son 30 gün ərzində ilk kriptovalyuta 14%-dən çox və ya demək olar ki, 9,5 min dollar ucuzlaşıb.
Qeyd edək ki, mart ayında Bitkoin 73,6 min dollara çataraq bütün zamanların rekordunu yeniləyib.
Mina Mikayılova