AZ

"İphone 16"nın görüntüləri sızdırıldı - Apple-dən təəccüblü dəyişiklik

\"Apple\" şirkəti flaqman markası \"İphone 16\"nın yeni modelinin görüntüləri yayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə texnologiya nəhənginin \"İphone 16\" ilə etdiyi dəyişikliklər diqqət çəkib.
 
Sızdırılan görüntüdə şirkətin \"İphone 16\" ilə son illərin ən böyük ekran dəyişikliyini edəcəyi görülə bilər.
 
\"İphone 16 Pro\" 6,3 düym uzunluğunda olacaq. Bununla belə, ən böyük ekran ölçüsü artımı \"İphone 16 Pro Max\" ilə ola bilər.
 
\"İphone 16 Pro Max\" daha böyük ekrana sahib olacaq.
 
Paylaşılan fotolarda dörd telefon var: iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max.

Sızdırılan görüntülər Apple istifadəçiləri və texnologiya həvəskarları arasında həyəcan yaratsa da, şirkətin mövzu ilə bağlı rəsmi açıqlaması yoxdur.
 
\"Apple\" il ərzində yeni məhsullarla bağlı müxtəlif tədbirlər təşkil edir və sentyabr ayında yeni telefonlarını təqdim edir.

Qeyd edək ki, \"Apple\" mayın 7-də \"Let Loose\" adlı tədbirə ev sahibliyi edəcək.
  
Mikayıl
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla