AZ

Təmiz ətraf mühit və yaşıl artım prosesində gənclərin iştirakı - konfrans

Təmiz

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Təmiz ətraf mühit və yaşıl artım prosesində gənclərin iştirakı” mövzusunda konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinə gedərək Ulu Öndərin abidəsini ziyarət ediblər.

Filialda davam edən konfransda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransda Şəki filialının direktoru dosent Vurğun Məmmədov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, TAİB-nin sədri, YAP Veteranlar Şurasının üzvü akademik Südeyf İmamverdiyev çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı kimi fəaliyyətindən bəhs edilib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tariximizdə tutduğu yerdən və ölkəmizin bütün sahələrdə inkişafa nail olması üçün göstərdiyi səylərdən söhbət açılıb.

Qeyd olunub ki, ekoloji tarazlığın qorunmasına töhfələrin verilməsi və bu sahə üzrə dünyaya örnək ola biləcək Azərbaycan modelinin qurulması yeni dövr üçün qarşıya qoyulan əsas hədəflərdəndir.

Daha sonra TAİB-nin sədr müavini Eyvaz Hümbətov, filialın baş müəllimi Səadət Feyzullayeva mövzu haqqında çıxış ediblər.

Konfransın ikinci hissəsi filialın Humanitar fənlər kafedrasının baş müəllimi, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslanın yaradıcılığına həsr olunub.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla